Ru
10:45 / 21 May 2017

Ölən 5 tələbə ailələrinin yanına gedirmiş - FOTO/YENİLƏNİB

3281


Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

BakiPost.az Lent.az-a istinadən xəbər verir ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan "Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vıfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.
 

Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun  Cəfərli kəndindəndir.

 

Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.

 

***

20 may

17:50 

 

Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.
 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

 

Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.

 

***

17:20

 

Hacıqabulda baş verən yol qəzasında ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.


BakiPost.az "Report”a istinadən xəbər verir ki, bu, Süleymanlı Murad Rafael oğludur.


Digər şəxs isə 1998-ci il təvəllüdlü Əmiraslan Müşfiq oğlu Əmiraslanlıdır.


Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.

 

 ***

16:53

 

Xəbər verildiyi kimi, bu gün Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq, aşıb. Hadisə nəticəsində beş nəfər ölüb.


BakiPost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi əməkdaşlarının Modern.az-a verdiyi məlumata görə, ölənlərin hamısı tələbədir.


"Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizasına aparılıb. Hazırda faktla bağlı araşdırma gedir. Onların şəxsiyyətləri müəyyənləşdirilir”.

 

Bakı Post

Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Ölən 5 tələbə ailələrinin yanına gedirmiş -  FOTO/YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər