Ru
18:36 / 24 İyun 2018

Hacı Nuran həqiqətən xəstədir, yoxsa xəstəxananı reklam edir?

5084
Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov özünə məxsus "facebook” səhifəsində xəstəxanada yatdığını əks etdirən video paylaşıb.


BakuPost Yenicag.az-a istinadən xəbər verir ki, Hacı Nuran onun ziyarətinə gələnlərə minnətdarlığını bildirib və yatdığı "Ege hospital”a təşəkkür edib.


Əslində bunun bir reklam kampaniyası olduğu bildirilir. Yeni fəaliyyətə başlayan hospitalın rəhbərliyinin "müştəri” qazanmaq üçün Hacı Nuran Hüseynovu xəstə kimi qəbul etdiyi, qarşılığında isə ona 10 min manat pul verdiyinə dair iddialar yayılıb. Bütün paylaşımlarında xəstəxananı qeyd edən aparıcının bu hərəkəti iddiaların doğru olduğuna əsas verir.


Videoya baxdıqda görünür ki, Hacı Nuranın ziyarətinə poni də gəlib. Yeni fəaliyyətə başlayan hospital ponilərin ayağına baxıl taxıbmı, bilinmir. Ümumiyyətlə, hospitala heyvanın daxil olması hansı gigyenik-sanitar nəzarətə uyğundur, hospital rəhbərliyi buna cavab verməlidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər