Ru
00:50 / 27 May 2018

“Real” Avropanın ən güclüsü oldu - YENİLƏNİB

3682
Kiyevdə UEFA Çempionlar Liqasının final qarşılaşması başlayıb.


BakuPost xəbər verir ki, "Real Madrid”in start heyətində meydana Navas, Karvaxal, Serxio Ramos, Rafael Varan, Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marselo, Kasemiro, İsko çıxıblar.


"Liverpul” komandasının ilk "11-liyi”ndə isə Karius, Van Diyk, Viynaldum, Lovren, Milner, Firmino, Məhəmməd Salah, Henderson, Mane, Robertson, Alexander-Arnold yer alıblar.


Xatırladaq ki, "Real Madrid” UEFA Çempionlar Liqasında indiyədək 12 dəfə, "Liverpul” isə 5 dəfə qalib gəlib. Bu görüş komandaların avrokubokların finalında ikinci qarşılaşmasıdır. "Liverpul” Avropa çempionlar kubokunun 1980-1981-ci il mövsümünün Parisdə keçirilən final görüşündə "Real”ı 1:0 hesabı ilə məğlub etmişdi.

 

23:08

***
UEFA Çempionlar Liqasının "Real” və "Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.


Qarşılaşmanın 30-cü və 37-ci dəqiqələrində hər iki komandanın aparıcı oyuncuları zədələnərək meydanı göz yaşları ilə tərk edib: "Liverpul" klubunun heyətində Məhəmməd Salah, "Real"ın heyətində isə Karvaxal oyunu davam etdirə bilməyiblər.

 

23:56

***


UEFA Çempionlar Liqasının "Real” və "Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk qol vurulub.


BakuPost xəbər verir ki, 51-ci dəqiqədə "Liverpul"un qapçısı Karius böyük səhv edib. Benzema ilə üz-üzə olmasına baxmayaraq topu əllə meydana daxil etmək istəsə də, Benzema ayağını uzadaraq topu qapıya göndərib. Beləliklə, "Real" hesabı açıb.


Lakin "Real"ın sevinci uzun çəkməyib. 55-ci dəqiqədə küncə zərbəsindən ötürmədən sonra yaranan qarşıqlıqdan istifadə edən Mane topu qapıya göndərib - 1:1.

00:08 ***
61-ci dəqiqədə İskonun yerinə meydana daxil olan Beyl 3 dəqiqə sonra fantastik qolla komandasını yenidən hesabda önə çıxarıb. Beyl akrobatik zərbə ilə topu qapıya göndərib.

 

00:22
***
Oyunda başqa qol vurulmayıb. Beləliklə, 3:1 hesabı ilə qalib gələn "Real" ardıcıl 3-cü, ümumilikdə isə 13cü dəfə Çempionlar Liqasının qalibi olub.

“Real” Avropanın ən güclüsü oldu -  YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər