Ru
18:42 / 27 Aprel 2017

Göygöldə minaatan mərmisi tapıldı

999
Göygöl rayonu Aşağı Zurnabad kəndində su arxının kənarına baxış keçirilib.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakiPost.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd 120 mm-lik 3OF-49 modelli top/minaatan mərmisi (NONA) aşkar olunaraq daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.


(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)


Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 137 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 426 682 kv.m ərazi (556 908 kv.m əl ilə, 709 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 047 074 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər