Ru
22:25 / 23 May 2017

İki avtomobil toqquşdu - Yaralılar var

1838
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb. "Mercedes” və "VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayonun Topalhəsənli kənd sakini 1949-cu il təvəllüdlü Məhərrəmov Behbud Zülfüqar oğlu və qadın sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, xəsarət alanlar Gəncəyə yas yerinə gedirlərmiş.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər