Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı - 200 NƏFƏR İŞSİZ QALDI

1347
Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.

BakuPost Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və burada çalışan 200-ə yaxın insan hazırda işsizdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb:

"Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək".
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər