Ru
16:13 / 22 İyun 2018

Göyçaydakı körpü bərpa edilərək istifadəyə verildi

1366
Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib. 


BakuPost Report-a istinadən xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Xatırladaq ki, bu ilin iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər