Ru
19:28 / 21 Sentyabr 2017

- 62 yaşlı kişi özünü su kanalına atdı Göyçayda intihar

1630
Göyçay rayonunda intihar olub.

 

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın İnçə kəndində baş verib.

 

Kənd sakini, 1955-ci il təvəllüdlü Səmədov Səməd Əvəz oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Axtarış zamanı məlum olub ki, S. Səmədov özünü evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına atıb.

 

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər