Ru
12:02 / 27 İyul 2017

Göyçayda hamilə qadın özünü öldürdü

2078
Dünən axşam saatlarında Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib.

 

Lent.az xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlü Salmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

 

Bildirilir ki, 20 yaşlı Fəridə ailəli, 1 uşaq anası olub. O, bibisi oğlu ilə ailə həyatı qurubmuş. Lakin həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olması səbəbindən ailədə narazılıqlar yaranırmış. O da məlum olub ki, F.Salmanova bir neçə aylıq hamilə olub.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər