Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə əməliyyat - İki qardaş həbs olundu

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
 
APA-nın məlumatına əsasən, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
 
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
 
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər