Ru
22:53 / 20 Sentyabr 2018

Gürcüstanda 19 nəfər prezidentliyə namizəd oldu

2310
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən 46 nəfərdən 19-nun namizədliyini qeydə alıb.


BakuPost MSK-ya istinadla xəbər verir ki, seçkilərə start verildikdən sonra 20 siyasi partiya və 26 təşəbbüs qrupu prezidentliyə namizədini irəli sürüb. Lakin 1 siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyi, 1 təşəbbüs qrupu seçki sənədlərində səhvə yol verdiyi üçün MSK onların namizədliyini qeydə almaqdan imtina edib.


Daha 19 təşəbbüs qrupu namizədlərinin təsdiq olunması üçün lazım olan imzaları MSK-ya vaxtında təqdim edə bilmədiyi üçün onların da namizədləri qeydə alınmayacaq.


Bundan başqa, müstəqil namizəd, tanınmış rejissor Georgi Şenqelaya da öz namizədliyini geri götürüb.


Qeyd edək ki, MSK-da namizədlərin qeydə alınması prosesi sentyabrın 28-də başa çatacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər