Ru
13:48 / 18 İyun 2018

Gün ərzində 76 cinayət işləndi - RƏSMİ

2080
Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.


Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, onların 18-i "isti izlər”lə açılıb.


Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər