Ru
14:04 / 24 İyun 2017

"Tac"la vurulan sabiq icra başçısı "parnik" açdı - Pomidor-xiyar biznesi

5431
Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb.


"Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək. 


Əldə etdiyimiz məlumata görə, sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir. 


Xatırladaq ki, Tahir Kərimov Prezident İlham Əliyevin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə isə Sevindik Hətəmov təyin edilib. 

 

BakuPost.az-ın əlavəsi: Tahir Kərimov bayram tədbirində çəkildiyi deyilən şəkilləri sosial mediada yayılandan sonra postunu itirdi. 
Şəkillərdə icra başçısı bir qrup məktəblinin əllərində saxladığı gül tağının altından keçir.

Facebook və Twitter istifadəçiləri şəkli paylaşaraq təəccüb, istehza və qəzəb dolu status və şərhlər yazıdılar. Və bu səs-küy özünü "kiçik padşah” hesab icra başçısının "vurulmasıyla" nəticələndi. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər