Ru
23:12 / 14 Oktyabr 2018

Güləşçimiz III Yay Olimpiya Oyunlarının finalında

1793
Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına bu gün yekun vurulur.


BakuPost xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə "A” qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisi Tahi Pehi Eynsli Uesterlini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. İdmançımız Pakistan güləşçisi İnayət Ullaha da rahat qalib gəlib və "A” qrupunda birinci yeri tutub.


Beləliklə, güləşçimiz Olimpiadanın finalına vəsiqə qazanıb. Həmyerlimiz finalda "B” qrupunun qalibi olan iranlı pəhləvan Məhəmməd Baqi Kərimiseyfabad ilə qarşılaşacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər