Hacı Əliyev dünya çempionatının finalında

Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb. 

"Report"un məlumatına görə, beşinci yarış günündə 57 kq, 61 kq, 86 kq və 125 kq çəki dərəcələrində görüşlər keçirilir.

Azərbaycan bu çəkilərdən 3-də təmsil olunur. 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Əliyevin rəqibi rusiyalı Hacımurad Rəşidov olacaq.

86 kq çəkidə yer alan Aleksandr Qostiyev bürünc medal uğrunda mübarizə aparacaq. O, qırğızıstanlı və gürcüstanlı rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra iranlı rəqibinə uduzub. Lakin Qostiyev yenildiyi pəhləvanın finala yüksəlməsi səbəbindən təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə Azərbaycan təmsilçisi moldovalı güləşçini də məğlub edib. Bürünc medal görüşündə onun rəqibi rusiyalı Vladislav Valiev olacaq.
57 kq çəkidəki Mahir Əmiraslanov isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

57 kq
1/16 final. Nodirjon Safarov (Özbəkistan) - Mahir Əmiraslanov - 7:6

61 kq
FİNAL. Hacımurad Rəşidov (Rusiya) - Hacı Əliyev
1/2 final. Hacı Əliyev - Yovlis Bonne Rodrigez (Kuba) - 10:0
1/4 final. Hacı Əliyev - Mikola Bolotnjuk (Slovakiya) - 10:0
1/8 final. Rinya Nakamura (Yaponiya) - Hacı Əliyev - 1:10
1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev - 0:8

86 kq
Bürünc medal görüşü. Aleksandr Qostiyev - Vladislav Valiev (Rusiya) 
Təsəlliverici görüş. Piotr Yanulov (Moldova) - Aleksandr Qostiyev - 2:5
1/4 final. Hassan Aliazam Yazdaniçarati (İran) - Aleksandr Qostiyev - 10:0
1/8 final. Aleksandr Qostiyev - Davit Xutsişvili (Gürcüstan) - 4:0
1/16 final. Baktyiar Karagul Uulu (Qırğızıstan) - Aleksandr Qostiyev - 0:10
Qeyd edək ki, bürünc medal və final qarşllaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər