Güləşçilərə medalları Mehriban Əliyeva təqdim etdi - VİDEO/YENİLƏNİB

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza ikinci qızıl medalı Nurməhəmməd Hacıyev qazandırıb.
 
BakiPost.az-ın məlumatına görə, 97 kq çəkidə mübarizə aparan idmançımız bütün rəqiblərini üstələyib.
 
Həlledici görüşdə iranlı Əmir Muhammadi ilə qarşılaşan Nurməhəmməd 11:2 hesablı qələbə qazanıb.
 
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hacıyevə qızıl medalı Azərbaycanın I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
 
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
 
***
19:06 
 
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

BakiPost.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
 
Bakı Post



Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər