Ru
20:19 / 21 May 2017

Güclü külək ölümə səbəb oldu - FOTO

1333
Güclü külək Zərdab rayonunda  ölümə səbəb olub.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam  saatlarında leysan yağışla müşahidə olunan  külək nəticəsində rayonun Gödəkqobu kəndində qırılan iri gövdəli ağac 1985-ci il təvəllüdlü Qənimət İsa oğlu Davudovun başına düşüb və o, hadisə yerində ölüb.

 

Bundan başqa, güclü külək nəticəsində  Heydər Əliyev prospektində işıq və rabitə dirəkləri aşıb, Zərdabi küçəsində ağacların  yaşayış sahələrinə və  tikilinin üstünə aşması nəticəsində sahibkarlara ciddi  ziyan dəyib. Yağışla müşahidə olunan külək nəticəsində taxıl zəmilərində yetişmiş məhsul yararsız hala düşüb. Barama təsərrüfatlarına da ciddi ziyan dəyib.

 

Təbii fəlakət nəticəsində dəyən ziyanın miqdarı dəqiqləşdirilir.

 

Bakı Post


Güclü külək ölümə səbəb oldu -  FOTO
Güclü külək ölümə səbəb oldu -  FOTO
Güclü külək ölümə səbəb oldu -  FOTO
Güclü külək ölümə səbəb oldu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər