Ru
18:21 / 24 Mart 2018

Güclü külək elektrik naqillərini qırdı, evlərin damını uçurdu

2275

Bu gün
güclü külək Daşkəsən rayonunda ciddi fəsadlara səbəb olub.

 

APA-nın məlumatına görə, Daşkəsən
rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev deyib ki, güclü
külək rayonda 15-dən çox yaşayış binasının dam örtüyünü uçurub.

 

"Bu gün səhərdən başlayaraq
rayon ərazisində güclü küləlk əsib. Külək daha çox rayon mərkəzi, Xoşbulaq,
Əmirvar və Qarahəsənli kəndlərinə ziyan vurub. Güclü külək səbəbindən rayon
mərkəzində iki hündürmətbəli binanın dam örütyü taxta konstruksiyalarla
birlikdə uçub. Bundan başqa, Xoşbulaq kəndində tibb mənqətəsinin, Qarahəsənli
kəndində isə məktəb binasının dam örtüyünə ziyan dəyib", - deyə C.Qocayev
vurğulayıb.  

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər