Ru
23:20 / 09 Dekabr 2016

Goranboyda dəhşətli qəza - 3 nəfər öldü/YENİLƏNİB

1580
 Goranboyda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.
 

APA-nın verdiyi məlumata görə hadisə yerində ölən, "Niva”nın sürücüsü Əliyev Fuad Əli oğludur.  Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

 

Qeyd edək ki, "Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

 

***

21:14

 

Goranboyda ağır yol qəzası baş verib.

 

 APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

 

"NİVA” və "VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində "Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər