Ru
12:43 / 24 May 2018

Gömrükdə yarım ton heroin tutuldu - FOTO

2061
İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.


BakuPost Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.


Gömrükdə yarım ton heroin tutuldu -  FOTO
Gömrükdə yarım ton heroin tutuldu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər