Ru
19:59 / 22 May 2017

Gömrükdə 4 min ədəd siqaret aşkarlandı - FOTO

993
Gürcüstandan gələn Azərbaycan vətəndaşında külli miqdarda siqaret aşkarlanıb.


Dövlət Gömrük Komitəsindən BakiPost.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.


Yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro" , həmin şəxsin üzərindən isə 1200 ədəd"Marlboro" markalı siqaretlər aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post

Gömrükdə 4 min ədəd siqaret aşkarlandı -  FOTO
Gömrükdə 4 min ədəd siqaret aşkarlandı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər