Ru
21:12 / 09 Dekabr 2016

Gömrükçülərin oyununda faciə - VİDEO

1127

Mingəçevirdə keçirilən futzal oyununda ölüm hadisəsi baş verib. BakiPost.az ARB TV-yə istinadən xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.

 

Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə "Gəncə Gömrük” komandası "Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.

 

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib.

Nəticədə oyun təxirə salınıb.


 Bakı Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər