Ru
12:20 / 29 Aprel 2017

Generallar Bakı aeroportunda - Yoxlama apardılar

2754
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin  (DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb.

 

DSX-nin mətbuat mərkəzindən BakiPost.az-a verilən məlumata görə, ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən "IV İslam Həmrəyliyi Oyunları”və "Formula I” yarışları ərəfə­sin­də, həmçinin"Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərə­cədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin güc­ləndirilməsi ilə yanaşı, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasi­tələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

 

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntə­qələrində də keçirilməsi nəzərdə tutulub.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər