Ru
20:28 / 14 Oktyabr 2018

Gəncədən Bakıya gələn avtobus 5 maşınla toqquşdu - Çox sayda yaralı var

3767
Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.


BakuPost-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.


Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb. 


Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.


Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər