Ru
10:23 / 22 Yanvar 2018

Gəncədə növbəti inisident: gecə klubunda kütləvi dava, 3 nəfər bıçaqlanıb

1716
Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər