Gəncədə maşın iki azyaşlını vurdu

927
Bu gün Gəncədə Məhrasa bağı yaşayış massivində "VAZ 21015" markalı minik avtomobilinin vurduğu azyaşlıların şəxsiyyəti məlum olub.

BakuPost APA-ya istinadən xəbər verir ki, avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Məryəm Hüseynova və 2011-ci il təvəllüdlü Mədinə Əlizadəni vurub.

Xəstəxanaya yerləşdirilən hər iki azyaşlının vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər