Gəncədə kişi heroin satarkən polisə yaxalandı

1036
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının Gəncədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BakuPost-a verilən məlumata görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü, ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı toplanan material araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər