Ru
20:04 / 21 Yanvar 2017

Gəncədə bədbəxt hadisə - Hamilə qadın öldü

1013
Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb. Məlumata görə,  Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı "sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümükün olmayıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər