Ru
10:29 / 21 İyul 2017

Gəncədəki qəzada ana və qucağındakı körpə öldü - YENİLƏNİB

1565


Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

BakuPost.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.
Qeyd edək ki, "Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

***

 23:16

 

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın veridyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. "Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

 

Qeyd edək ki, "Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. 

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər