Ru
12:37 / 16 Yanvar 2017

“Gəncə reysləri AZAL-ın yarıtmaz siyasətinə görə ləğv edilib”

1004
"Bakı-Gəncə-Bakı aviareyslərinin ləğvi AZAL-ın yarıtmaz idarəçiliyi ilə bağlıdır”.


Bunu BakiPost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, AZAL-ın Gəncə reysini dayandırması ölkədəki "turizm inkişaf edir” konsepsiyasına ziddir: "Turizm necə inkişaf edir ki, AZAL Azərbaycanın ikinci böyük şəhərinə aviaresyləri dayandırır? Turizm marşrutlarında Gəncə və ətraf rayonların ziyarəti də yer alıb. Azərbaycana gələn turist dahi Nizami Gəncəvinin məqbərəsini, Göy-gölü, Şəmkiri və digər məkanları görmək üçün vaxt itkisinə yol vermədən təyyarədən istifadə etməlidir. Bakı-Gəncə-Bakı aviareyslərinin ləğvi Rusiyada Moskvadan Sankt-Peterburqa, Türkiyədə isə İstanbuldan Ankaraya aviareyslərin dayandırılmasına bənzəyir. Ruslar və türklər bunu təsəvvür belə edə bilməzlər. Bizdə isə ölkənin iki böyük şəhəri arasında hava əlaqəsi yoxdur”.


Elxan Şahinoğlu qeyd edib ki, AZAL-ın aviareyslərdən imtina etməsinin iki səbəbi var: "Ya Gəncə zonasına yollanmaq istəyən yerli və xarici turist azdır, ya da qiymətlər münasib deyil. Məncə, ikincidir. Azərbaycana gələn turistlərin sayı artır, eləcə də yerli əhali də Gəncəyə hava nəqliyyatı vasitəsilə getmək istəyir. Sadəcə qiymətlər münasib deyil. Bu isə AZAL-ın yarıtmaz idarəçiliyi ilə bağlıdır. Bu inhisarçı qurum dövlət büdcəsinə yükdür, özəlləşdirmək və digər təyyarə şirkətlərinə də daxildə fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır ki, rəqabət şəraitində qiymətlər vətəndaşa münasib olsun”.


Xatrıladaq ki, Bakı-Gəncə-Bakı aviareysləri yanvarın 9-dan ləğv edilib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski uçuşların kommersiya baxımından səmərəli olmadığı üçün ləğv edildiyini bildirib. Bu isə narazılığa səbəb olub.


Sevinc Yasinqızı

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər