Ru
14:15 / 15 İyul 2018

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi - Biri ölkədən qaçmaq istəyərkən yaxalanıb

2520
2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.


BakuPost xəbər verir ki, 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.


Bununla da 10 iyul hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb.


3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı isə ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.


Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər