Ru
13:22 / 21 Sentyabr 2018

Gənc şair Dünya Yazarlarının Belqrad görüşündə

1815
Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə iştirak edir.


BakuPost xəbər verir ki, builki görüşə 21 ölkədən (ABŞ, Kanada, İsrail, Türkiyə, Rumıniya, Yunanıstan, Fransa, Belarus,  Rusiya, Ukrayna, Almaniya, Rumıniya, İtaliya, Çexiya və  s.) 35 şair qatılıb.


Dünya Yazarlarının 55-ci Belqrad Görüşü 6 şairə həsr edilib: Federiko Qarsiya Lorka, Bertolt Brext, Rasktko Petroviç, Aleksa Şantiç, Desanka Maksimoviç, Miloş Çrhanski.


Şairlər 21-22 sentyabr tarixlərində qruplaş şəklində bölünərək Serbiyanın 14 şəhərlərində ədəbi görüşlərdə iştirak edəcəklər. F.Hüseyn İndjija və Novi Sad şəhərlərində ədəbi görüşlərə qatılacaq. F.Hüseynin də yer aldığı ədəbi qrupda müxtəlif ölkələrdən – Lyudmila Kloçka (Belarus), Çvi Nir (İsrail), Balço Balçerv (Bolqarıstan) Miroslav Demak (Slovakiya) Erik Sabliç (Slovakiya) Yelena Sabliç Tomiç (Xorvatiya) Dorit Silverman (İsrail) – şairlər təmsil olunur.


Qeyd edək ki, tədbirlə bağlı çap olunan antologiyada F.Hüseynin bioqrafiyası və  "Qurşunların acığına” adlı şeiri serb dilində işıq üzü görüb. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər