Gənc oğlan özünü qatarın altına atdı - Maşinist xilas etdi

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

Unikal.org-un yaydığı məlumata görə, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni"nin "Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib:

"1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü qatarın altına atıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər