Azərbaycanda şok intihar - Oğlan ad günündə ailəsinin gözü qarşısında özünü güllələdi

1751
Ötən gecə Şabran rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. BakuPost Lent.az-a istinadən xəbər verir ki, rayonun Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu atasının gözü qarşısında özünü güllələyərək öldürüb.

İlkin məlumata görə, 25 yaşlı Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Belə ki, dünən onun doğum günü imiş. Fərdi təsərrüfatla məşğul olan, sakit təbiətli və zəhmətkeş şəxs kimi xarakterizə olunan gənc qəfil evdəki tüfəngi götürərək başına dirəyib. Atası ona mane olmağa çalışsa da, Müşfiq İbrahimov üzrxahlıq edib, halallıq istəyərək atəş açıb. O, yerindəcə keçinib.

Hadisə vaxtı Müşfiqin anası və bacısı da evdə olub.

Faktla bağlı araşdırmalar davam etdirilir


***
12:44

Şabran rayonunda intihar faktı qeydə alınıb.

BakuPost-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər