Gədəbəyə qonaq getdi - Qızılları oğurlandı

635
ktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub.
 
DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan BakuPost-a verilən məlumata görə, evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin Tovuz rayon sakini, hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib.

Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər