Gecə klubunda boksçumuzun döydüyü qız danışdı - Sevgilisi imiş

Boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klubunda dava salaraq döydüyü xanım açıqlama verib. Adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.

BakuPost.az Yenicag.az-a istinadən xəbər verir ki, o, hadisənin təfərrüatını belə izah edib:

"Mənə sadəcə, sillə dəyib. "26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq.

Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər