Ru
09:00 / 26 May 2018

Gecə klubu qarşısında kütləvi dava - Xəsarət alan var

1565
Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.


BakuPost report-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.


Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.


Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər