Ru
22:55 / 28 Mart 2017

Gec yaşda ana olmağın ÜSTÜNLÜKLƏRİ

1128
Danimarkanın Orxus Universitetinin alimləri gec yaşda ana olmağın bir çox pozitiv cəhətlərini müəyyənləşdiriblər.

 

Modern.az xəbər verir ki, ekpsertlər bunun üçün 4741 qadını müşahidə ediblər.

 

Araşdırmalar zamanı 7, 11 və 15 yaşda olan uşaqların analarının yaşına münasibəti öyrənilməyə çalışıb. Nəticələrə əsasən, gec yaşda uşaq doğan qadınların hamiləliyi problemsiz keçir, onların uşaq itirmə yaxud vaxtından əvvəl doğuş etməsi ehtimalı aşağı olur.

 

Gec ana olan qadınlar uşaqlarını daha az danlayır, belə uşaqlarda emosional, sosial və davranış problemləri daha az müşahidə olunur.

 

Həmçinin, belə qadınlar hamiləlik müddətinə daha təmkinli olur, analıq öhdəliklərini asasan icra edirdilər.

 

Orxus Universitetinin alimlərinin fikrincə, gec yaşda ana olan qadınlar daha stabil münasibətlərdə olur, ali təhsilli və gənc analara nisbətən daha çox resursa malik olurlar.  

 
Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər