Ru
21:15 / 14 Avqust 2017

"Galendawagen"lərin Bakıdakı özbaşınalığı - Yolu kəsib tıxac yaratdılar/ FOTO

1290
Bakıda növbəti dəfə toy karvanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.


"Galendawagen"lərdən ibarət toy karvanı də yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.


Sürət həddi 90 km/saat olan Ziya Bünyadov prospektində (Dərnəgül yolu) 20-30 km/saat sürətlə hərəkət edən toy karvanı uzun tıxacın yaranmasına səbəb olub.


Toy karvanı sürücülərin etirazına, yol istəməsinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdiriblər və yaratdıqları avtomobil karvanın hərəkətini lentə alıblar.


Qeyd edək ki, dəfələrlə şəhərdə bu cür özbaşınalıq edən toy karvanlarına qarşı reydlər keçirilib. Amma görünən budur ki, özbaşına sürücülərin cəzalandırılması bəzilərinə dərs olmur.(Musavat.com)


 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər