Ru
17:55 / 23 Mart 2018

Fransada İŞİD-çi insanları girov götürdü - 3 nəfər ölüb/ YENİLƏNİB-2

3179

Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.


BakuPost xəbər verir ki, bu barədə "BFM" televiziyası məlumat yayıb.

 

***
16:43 


Fransanın cənubunda silahlı şəxsin girov götürdüyü insanlar xilas edilib. 

 

Hadisə zamanı 12 nəfər yaralanıb, 2 nəfər ölüb. 

 

Fransa prokurorluğu faktla bağlı cinayət işi başladıb.

                                                                                                                                      ****                                                                                                                           

 

Fransada silahlı şəxs supermarketə hücum edib.

 

BakuPost.az xarici mənbələrə istinadən xəbər verir ki, Fransanın cənub-qərb hissəsində yerləşən Treb şəhərində silahlı şəxs supermarketə hücum edərək oradakı insanları girov götürüb.

 

Fransa Daxili İşlər Nazirliyi dərhal hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

 

Silahlı şəxsin İŞİD terror təşkilatının üzvü olduğu söylənilir.

 

Hal-hazırda girovların azad olunması üçün əməliyyat keçirilir.

 

Nərmin

Fransada İŞİD-çi insanları girov götürdü -  3 nəfər ölüb/ YENİLƏNİB-2
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər