Ru
21:22 / 15 İyul 2018

Fransa millisi Dünya Çempionu oldu

3404
Rusiyada keçirilən futbol üzrə DÇ 2018-in qalibi Fransadır.


BakuPost xəbər verir ki, baş tutan final qarşılaşmasında Fransa Xorvatiyaya 4-2 hesabı ilə qalib gələrək planetin ən güclüsü olub.

 

Matçın 18-ci dəqiqəsində Mario Mandzukiçin öz qapısına vurduğu qolla Fransa önə keçib. 28-ci dəqiqədə Perişiç hesabı bərabərləşdirib: 1-1.

 

İlk hissənin bitməyinə 6 dəqiqə qalmış Antuan Qrizman penaltini qola çevirərək komandasını irəli çıxarıb. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə isə Kilian Embappenin qolları ilə Fransa hesabı 4-1-ə çatdırıb. Xorvatiya millisi 69-cu dəqiqədə Mandzukiçlə hesab arasındakı fərqi azaltsa da bundan artığına gücü çatmayıb.

 

Qeyd edəki, bu, Fransanın ikinci dünya çempionluğudur. Hazırda komandanın baş məşqçisi olan Didier Deşamın da 1998-ci ildə formasını geyindiyi Fransa millisi mundialın qalibi olmuşdu.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər