Ru
13:47 / 24 İyun 2017

Formula 2 üzrə birinci yarışın qalibi bilindi - FOTO

420
"Prema Racing” komandasının pilotu Şarl Leklerk Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.


BakuPost.az xəbər verir ki, o 1:54.025 dəqiqə nəticə göstərib.


İkinci yeri "Rapax” pilotu Nik de Vris (1:54.891), üçüncü yeri isə "Dams” komandasından Nikolas Latifi tutub.


Yarış 27-ci dairədə dayandırılıb. Buna səbəb 3 bolidin toqquşması olub.


Yarışın sonuna 4 dəqiqə qaldığı üçün mübarizəni davam etdirməmək qərarı verilib və bütün bolidlər pit-leynə qayıdıb.


Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.


Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.


Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər