Ru
15:48 / 16 Oktyabr 2018

“Formula-1”in biletləri satışa çıxarıldı

1435
Bu gündən 2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib.


BakuPost-un məlumatına görə, bunu mətbuat konfransında Bakı Şəhər Halqasının Marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.


O deyib ki, biletləri şəhərin 13 satış nöqtəsindən, həmçinin onlayn şəkildə əldə etmək olacaq.


Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər