Ru
13:44 / 24 İyul 2017

Fikrət Qoca Zəhraya şeir yazdı - "Körpə mələk"

3696


Xalq şairi Fikrət qoca Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib. BakuPost.az həmin şeiri təqdim edir: 

 

 

Körpə mələk


Zəhra körpə mələkdi,

Bir qönçədi təzə, tər.

Nənə nazını çəkdi,

Sarıldı bir-birinə

Nənə, nəvə-mələklər...

Yarpaqlar pıçıldadı,

Bütün güllər, çiçəklər

Cənnət ətri saçdı.

Zəhra ilə nənəsi,

Bu cənnətə yaraşdı...

Yer üzündə, cahanda...

Bütün dinlər və dillər.

Terror mərmisi ilə

Ölən fidan körpəyə,

Zəhra- Zəhra deyirlər.

Qan ağladı çiçəklər.

Görüb günahsız qanı-

Görüb nənə-balanı,

Qan ağladı mələklər.


Düşmən bu mənzərəyə,

Top ilə atəş açdı.

Zəhra ilə nənəsi

Al qanına boyandı,

Hər yan alışdı, yandı...

Yandıçiçəklər, güllər,

Yandı sevən könüllər,

Yanır ağızda dillər.

Dünyada bütün ellər,

Zəhra-Zəhra deyirlər...

 



Xatırladaq ki, iyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.


Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib”.


Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər