Ru
09:53 / 16 Avqust 2017

FHN Lənkərandakı qəza ilə bağlı məlumat yaydı

887
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.


BakuPost.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində "VAZ” markalı minik avtomobili ilə "Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olunub.


Dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:05-də başa çatıb.

 

 BakuPost

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər