Ru
16:55 / 21 May 2018

Bakıdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA

2356
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə baş vermiş partlayışla bağlı məlumat yayıb. BakuPost-un nazirliyin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək. Bakıdakı partlayışla bağlı  RƏSMİ AÇIQLAMA
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər