Ru
21:12 / 21 Avqust 2017

FHN Gürcüstana ikinci helikopter göndərdi

1172
Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.

 

APA-nın məlumatına əsasən, bu barədə Gürcüstanın Milli Meşəçilik Agentlyi məlumat yayıb.

 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Helikopterin səhər saatlarından yanğınsöndürmə prosesinə cəlb olunması gözlənilsə də, güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər