FHN-də qara görə operativ müşavirə

Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturların rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Qurumun mətbuat xidmətindən BakiPost.az-a daxil olan xəbərə görə, müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunmuş, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə üzünü tutaraq qarlı-şaxtalı hava şəraitində rastlaşdıqları hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin "112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər