Ru
23:10 / 19 Sentyabr 2017

FHN 4 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

1218
Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

 

BakuPost.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində "VAZ” və "Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini "VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər