Alpinistlərin meyitləri ailələrinə təhvil verildi - Dəfn üçün Bakıya gətirilirlər / YENİLƏNİB

1761
İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.
 
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən Namin Nizami oğlu Bünyatzadənin və Babur Vaqif oğlu Hüseynovun meyitləri ailələrinə təhvil verilib. Meyitlər dəfn olunması üçün Bakıya gətirilir.
 
* * * * *
 
Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

BakuPost report-a istinadən xəbər verir ki, "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər